Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb
Sosial
9-09-2025, 09:44
12

"Report"un məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.
"Sabah (bu gün-red), sentyabrın 9-da Kiyev vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00) Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırır", - paylaşımda bildirilir.
Onun sözlərinə görə, görüş Rusiyanın Ukrayna ərazisində çoxsaylı mülki itkilərə və dağıntılara səbəb olan kütləvi hücumlarına cavab olacaq.
"Rusiyanın vəhşilikləri cəzasız qalmayacaq. Yalnız (Rusiyaya - red.) güclü və ardıcıl təzyiq, o cümlədən sərt sanksiyalar vasitəsilə Moskvanı diplomatiya imitasiyasını dayandırmağa və təcavüzkar müharibəyə son qoymağa yönəlmiş real səylərə qoşulmağa məcbur edə bilər", - Sibiqa vurğulayıb.