“Rosaviasiya” "Utair"ə Omskdan Bakıya reyslər üçün icazə verib » Memur.az

“Rosaviasiya” "Utair"ə Omskdan Bakıya reyslər üçün icazə verib

“Rosaviasiya” "Utair"ə Omskdan Bakıya reyslər üçün icazə verib“Rosaviasiya” "Utair" aviaşirkətinə Omsk-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsinə icazə verib.

“Report”un xarici KİV-ə istinadən verdiyi məlumatına görə, bu barədə “Rosaviasiya”nın qərarında qeyd olunub.

Sənədə əsasən, daşıyıcıya həftədə üç dəfəyə qədər Azərbaycan paytaxtına uçuş həyata keçirməyə icazə verilib.

Daşıyıcı ölkənin 4 yaşayış məntəqəsindən Bakıya uçuşlar üçün icazə alıb. Bu istiqamət üzrə, o cümlədən Omskdan birbaşa uçuşların başlanması planları barədə aviaşirkət nümayəndələri hələlik açıqlama verməyiblər.