• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Baş prokuror: AZAL təyyarəsinin vurulmasının istintaqı ilə bağlı Rusiya konkret nəticələr barədə bizə məlumat vermir

Sosial

22-07-2025, 16:09

Baş prokuror: AZAL təyyarəsinin vurulmasının istintaqı ilə bağlı Rusiya konkret nəticələr barədə bizə məlumat vermirAZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğramasının istintaqı ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:

"Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin baş vermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik.

Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".

K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıqlarını vurğulayıb.

"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda cinayəti törətmiş (amma biz demirik bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman Cənab Prezidentin də dediyi kimi, bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - Baş prokuror əlavə edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-07-2025, 16:11

Kamran Əliyev: Yekaterinburqda iki azərbaycanlının işgəncə ilə öldürülməsin ...

Dünya

27-05-2025, 09:51

Aktau qurbanlarına ucaldılan memorial abidə - Kreml susmaqda davam edir - ...

Müsahibə

7-02-2025, 15:14

Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla ...

Siyasət

28-12-2024, 08:51

BMT Baş katibinin müavini Azərbaycana başsağlığı verib

Cəmiyyət

26-12-2024, 11:54

Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətiril ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
7-06-2026, 12:29
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
4-06-2026, 10:55
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
4-06-2026, 10:54
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
Son xəbərlər
  • Bu gün, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • Bu gün, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • Bu gün, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • Bu gün, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • Bu gün, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • Dünən, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
  • Dünən, 08:50
    İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
  • Dünən, 08:43
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2026, 10:47
    DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
  • 14-06-2026, 10:45
    Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
  • 13-06-2026, 11:01
    Milli Qurtuluş Günü Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcıdır - RƏY
  • 12-06-2026, 19:27
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib
  • 12-06-2026, 14:01
    Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb
  • 12-06-2026, 13:17
    Sahib Süleymanov – Enerji sektorunda uğurlu fəaliyyəti və sosial məsuliyyəti ilə seçilən rəhbər
  • 12-06-2026, 09:56
    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
  • 12-06-2026, 09:35
    Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
  • 12-06-2026, 09:32
    Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
  • 12-06-2026, 09:31
    Azərbaycan XİN Rusiyanı təbrik edib
  • 12-06-2026, 09:30
    Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
  • 11-06-2026, 09:27
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • 11-06-2026, 09:25
    SEPAH İordaniyada ABŞ qırıcılarını məhv etdiyini açıqlayıb
  • 11-06-2026, 09:24
    Hakan Fidan almaniyalı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
  • 11-06-2026, 09:23
    Nazir: "Qarabağın və Şərqi Zəngəzurun bərpasına investisiyaların geri ödənişi 5-12 ilə təmin ediləcək"
  • 10-06-2026, 10:56
    Ali Məhkəmə hansı hallarda daşınmaz əmlakın son alıcıdan geri alına biləcəyini açıqlayıb
  • 10-06-2026, 10:55
    Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
  • 10-06-2026, 10:54
    Azərbaycan XİN Portuqaliyanı təbrik edib
  • 10-06-2026, 10:51
    Abbas Əraqçi xarici qüvvələri bölgədən çıxmağa çağırıb
  • 9-06-2026, 14:10
    Əli Məsimli: "ARDNF-dən büdcəyə transfertlərin azaldılmasının kompensasiya mənbəyi araşdırılmalıdır"
  • 9-06-2026, 14:08
    Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
  • 9-06-2026, 09:25
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 09:24
    NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
  • 9-06-2026, 09:23
    Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
  • 9-06-2026, 09:22
    İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
  • 8-06-2026, 09:24
    "Tasnim": İran çox sayda raketləri döyüş vəziyyətinə gətirib
  • 8-06-2026, 09:22
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...