Rəsmi İrəvan sərhəd məntəqəsinə Tələt paşanın adının verilməsi layihəsinə münasibət bildirib
Sosial
19-07-2025, 12:31
7

“Report”un Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı nazirliyə ünvanlanan sorğuya belə cavab verilib:
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”.
Bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat Musavat Dərvişoğlu ölkə parlamentinə bu barədə layihə təqdim edib.
Mehmet Tələt Paşa 1921-ci ildə Almaniyanın Berlin şəhərində erməni terrorçu Soqomon Teyliryan tərəfindən güllənərək öldürülüb.