İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə fəaliyyətini əlaqələndirməkdə davam edəcək.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.
“Biz İranın nüvə proqramı mövzusunu müzakirə etdik. Mütəxəssislərimiz birbaşa təmasdadır və biz bunu davam etdirəcəyik”, - nazir qeyd edib.