Rusiyadan olan yüksək vəzifəli siyasətçilərin Britaniyaya girişi qadağan ediləcək
Sosial
24-02-2025, 11:47
24

“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini daxil edəcək. Məhdudlaşdırıcı tədbirlər federal və dövlət qurum və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorundakı şirkətlərin menecmentlərinə, habelə Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək.