Ukraynanın Milli Təhlükəsizlik Şurası Poroşenkoya sanksiyalar tətbiq edib
Sosial
13-02-2025, 09:34
34

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, qurum sanksiyaları Petro Poroşenko yaxın tarixdəki fəaliyyətində dövlətə xəyanət ittihamları ilə əsaslandırıb.
Yerli mətbuat isə hazırda Poroşenkonun ev dustaqlığı şəraitində, güc strukturlarının nəzarətində olduğunu bildirirlər.
Qeyd edək ki, ötən həftə Ali Radada (birpalatalı parlament) müvafiq komitə də Petro Poroşenkonun 6 ay müddətinə qanunverici orqanda fəaliyyətinin məhdudlaşdırılması qərarını qəbul etmişdi.