AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
Sosial
5-02-2025, 14:10
17

Bu barədə "Report"a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.
Toplantıda strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb.
NADA Almaniya AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) “WADA Partner Proqramı” çərçivəsində ötən il NADA Almaniya və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.