Prezident: “Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”
Sosial
1-05-2024, 10:52
148

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib.
“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik.
Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.