• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycanda prezident seçkisi: Xalqın qələbəsi və xalq üçün qələbə

Sosial

8-02-2024, 09:39

Azərbaycanda prezident seçkisi: Xalqın qələbəsi və xalq üçün qələbəDünya mediası fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini diqqət mərkəzində saxlayıb və dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsindən yazıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin seçkidə inamlı qələbəsi haqqında operativ xəbərlər Türkiyənin Anadolu İnformasiya Agentliyində, Macarıstanın ingilisdilli xəbər portalı “Daily News Hungary”, “Origo”, “Magyar Nemzet”, “Demokrata” və digər mətbuat orqanlarında yayılıb. Beynəlxalq internet nəşri olan “Breaking News Network Worldwide” isə “Azərbaycanda seçkidə yüksək seçici fəallığı: xalq üçün qələbə” sərlövhəsi ilə məqalə dərc edib.Avropa, ABŞ, həmçinin Yaxın Şərq və Asiyanın, o cümlədən Çin və Pakistanın media orqanları qeyd edirlər ki, seçki ilk dəfə Azərbaycanın müasir tarixində ölkənin öz ərazisi üzərində tam nəzarəti əldə etməsi şəraitində keçirilib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il ərzində işğal altında olub.

“Associated Press”, “The Washington Post”, “Euronews” kimi nüfuzlu media orqanları səsvermə günü seçicilərin yüksək fəallığını və əhvali-ruhiyyəsini qeyd edirlər. Jurnalistlərin seçkiyə qədər söhbət etdikləri ölkə vətəndaşları bildirirdilər ki, onlar Müzəffər Prezidentə səs verəcəklər, çünki məhz o, uzun illər işğal altında olmuş torpaqları geri qaytarıb. “Euronews” yazır ki, Prezident İlham Əliyevin azərbaycanlılar arasında nüfuzu ölkənin Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha da artıb. Bu nəşr öz övladlarının xoşbəxt gələcəyini indiki seçkilərlə əlaqələndirən sadə Azərbaycan vətəndaşlarının sözlərini təqdim edib.Məqalələrdə Azərbaycan Prezidentinin dediyi “çünki seçki bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir” fikirləri vurğulanır. Xarici media dövlətimizin başçısının sözlərini sitat gətirərək yazır ki, məhz “işğal olunmuş ərazilərin otuz ildən sonra azad edilməsi və suverenliyimizin bərpası yeni eranın başlanğıcı oldu”.

İtaliyanın nüfuzlu “La Repubblica” nəşrinin müxbirinin azərbaycanlı seçicilərlə söhbətindən sitatlar gətirir: “Mən heç kimə deyil, yalnız İlham Əliyevə səs verəcəyəm”, - deyə Bakıda suvenir satıcısı Şahin Həmidov bildirir. O, daha sonra əlavə edir: “Mənim oğlum da işğal olunmuş ərazilərin azad edilməsi uğrunda döyüşüb. Əliyev bizim torpaqlarımızı qaytardı. O, 30 illik münaqişədən sonra ədaləti bərpa etdi”. “La Repubblica” daha sonra ilk dəfə səsvermədə iştirak edən 20 yaşlı Elmira Cəfərova və Tenzar Əmirovanın Fəvvarələr meydanındakı kafedə, bulvarda uşaq arabası ilə gəzən 30 yaşlı Aydan Abdullayevanın söylədikləri fikirləri təqdim edir: “Biz Əliyevə səs verəcəyik. O, sülh gətirib”.

Digər materiallarda bildirilir ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində səs veriblər. Bu şəhərdə ötən ilin noyabrında Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. “Associated Press” yazır ki, bu paradda çıxış edən Prezident deyib: “Biz Azərbaycan xalqının gücünü, iradəsini və əyilməz ruhunu bütün dünyaya göstərdik”.

Nəşrin müxbirləri işğaldan azad olunmuş Füzuli şəhərində seçkini izləyərkən seçicilərin səsvermədə necə həvəslə iştirak etdiklərinin şahidi olublar. Onlar yazırlar ki, bu şəhərdə dağıntıların izləri görünür, amma dövlət Füzulini sürətlə bərpa edir, burada artıq sakinlərin qayıdışını göstərən 25 yaşayış binası tikilib.

Bəhreynin “The Daily Tribune” qəzeti Azərbaycandakı seçkini sabitliyə və inkişafa sədaqətin nümunəsi olan mühüm hadisə adlandırır, Pakistanın “The Express Tribune” nəşri isə seçkini ölkə tarixində dönüş nöqtəsi, hər bir vətəndaşın respublikanın taleyinin müəyyən edilməsinə cəlb olunmasının rəmzi kimi xarakterizə edir.

“The Express Tribune” Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsini tarixi Zəfər adlandırır. Qəzet yazır ki, bu Qələbə bütün regionun geosiyasi mənzərəsini dəyişib.

Qəzet, həmçinin oxuculara son illərdə Azərbaycanın uğurları və nailiyyətləri haqqında geniş icmal təqdim edir. “Azərbaycan xalqının sosial və iqtisadi rifahı hökumətin təşəbbüsləri sayəsində xeyli yaxşılaşıb”, - deyə nəşrin məqaləsində qeyd edilir. Diqqətə çatdırılır ki, ümumi daxili məhsulun sürətli artımı 2003-cü ildəki 7,3 milyard dollardan 2022-ci ildə 78,7 milyard dollara qalxıb, habelə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,5 faizə qədər azalıb.

Məqalədə vurğulanır ki, keçmiş məcburi köçkünlər tədricən öz doğma yurdlarına qayıdır, Azərbaycanın beynəlxalq arenada dünya mərkəzi kimi nüfuzu isə ölkənin inkişafı sayəsində yüksəlib. Azərbaycan son illərdə Birinci İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi mötəbər tədbirləri keçirib, yaxın gələcəkdə isə COP29-a ev sahibliyi edəcək. Ölkənin dünyada nüfuzunun artmasının daha bir sübutu onun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyidir.
Rusiyanın TASS, “İzvestiya”, RBK, “Vedomosti”, “İnterfaks”, “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Rossiyskaya qazeta”, “Qazeta.ru” media orqanlarında “exit-poll” məlumatlarına əsasən qeyd olunur ki, Prezident İlham Əliyev seçkidə 93,9 faiz səslə liderdir. Eyni zamanda bildirilir ki, prezident seçkisi ölkənin bütün ərazisini, o cümlədən 26 seçki məntəqəsinin açıldığı Qarabağı da əhatə edir. Ölkə böyük dəyişikliklərdən sonra yaranmış şəraitdə növbədənkənar seçki keçirir. Prezident İlham Əliyev özü və ailə üzvləri Xankəndidə səs verib.“Euronews” kanalı “exit-poll” məlumatlarına əsasən yayımlanan təcili xəbərində qeyd edib ki, İlham Əliyev təxminən 94 faiz səs toplayaraq seçkidə qalib gəlir, onun Qarabağda nüfuzu isə 100 faizə yaxındır.

Bir çox materiallarda vurğulanır ki, beynəlxalq müşahidəçilər yüksək seçici fəallığı şəraitində keçirilən seçkidə hər hansı pozuntu aşkar etməyiblər. “Vestnik Kafkaza” Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədrinin birinci müavini İlyas Umaxanovun sözlərini təqdim edib. O bildirib ki, Azərbaycandakı seçki Avropa seçkilərindən də yüksək səviyyədə təşkil olunub.

“TASS” Agentliyinin baş direktorunun birinci müavini və MDB-dən olan müşahidəçi Mixail Qusman “NEWS.ru” saytına bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi əvvəlkilərdən yüksək seçici fəallığı ilə fərqlənir. O əlavə edib ki, respublika üçün Qələbə ilə başa çatan müharibə nəticəsində Azərbaycan bu gün ərazisi işğal altında olmayan bir ölkədir. Bu fakt insanların seçkilərdə ruh yüksəkliyinə ciddi təsir edib.

Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsinin keşişi, Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) “Moskva-Bakı” portalına müsahibəsində Azərbaycanda hazırkı prezident seçkisini xüsusi və nadir adlandırıb. Onun sözlərinə görə, bu seçki müharibə və sülh epoxaları arasında özünəməxsus keçid xəttidir. O qeyd edib ki, bu gün təkcə 7 illik gələcəyin deyil, həmçinin Azərbaycanın qədəm qoyduğu yeni epoxanın taleyi həll olunur.

Rusiyanın “Birinci” telekanalı Azərbaycandakı prezident seçkisində yüksək seçici fəallığı haqqında bir neçə reportaj yayımlayıb, “NTV” telekanalı isə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səsverməsini əlamətdar hadisə kimi xarakterizə edib.

“Belarus seqodnya” nəşri MDB PA-nın müşahidəçisi, politoloq Oleq Leşenyukun prezident seçkisinin Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirməsi barədə sözlərini təqdim edib. O vurğulayıb ki, seçicilərin yüksək fəallığı xalqın siyasi, iqtisadi və sosial rifahını təmin edəcək səmərəli dövlət idarəçiliyinə marağı ilə əlaqədardır.

Türkiyənin Anadolu Agentliyi işğaldan azad olunmuş ərazilərdə, xüsusən Füzuli şəhərində səsvermənin gedişi, öz evlərinə qayıtmış keçmiş məcburi köçkünlərin seçkidə iştirakı barədə yazıb.

“Haber Global” isə yazır ki, 30 il işğal altında olmuş Qarabağda ilk dəfə seçki məntəqələri yaradılıb, bu fakt demokratiyanın təntənəsidir. Həmin ərazilərdə 20 min seçici bu gün həqiqətən də 300 milyon nəfərdən ibarət Türk dünyasının döyünən ürəyidir.

Türkiyənin İHA, “Hürriyet”, “Son dakika”, “Haberler.com”, “Beyaz Gazete”, “TRT-Haber” kimi media orqanları da növbədənkənar prezident seçkisinin ölkənin bütün ərazisində keçirildiyini vurğulayıblar. Bildiriblər ki, dövlət başçısı bir vaxtlar separatçı ermənilərin əsas şəhəri olan, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilən Xankəndidə səs verib. Məqalələrdə, həmçinin seçkilərdə həvəslə iştirak edən azad olunmuş ərazilərdəki insanların – qalib ölkə vətəndaşlarının fikirləri yer alıb.

Xarici mediada, həmçinin İlham Əliyevin qələbəsinin bayram edilməsi də yer alıb. Qeyd olunub ki, respublikanın paytaxtında insanlar Dövlət Bayrağı və Yeni Azərbaycan Partiyasının bayrağı ilə küçələrə çıxıblar, musiqilər səslənir, vətəndaşlar rəqs edirlər. Bu insanlar müxtəlif yaş qruplarına aiddirlər, onların çoxu uşaqları ilə gəlib. Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Heydər Əliyev Mərkəzində canlı yayıma çıxaraq, telekanalın efirində Azərbaycan vətəndaşları ilə söhbət edib.

Azərbaycandakı prezident seçkisi Qazaxıstan və Qırğızıstanın “Kazinform”, “Zakon.kz”, “Veçerniy Bişkek” və digər media orqanlarında da operativ işıqlandırılıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

8-02-2024, 09:36

“Associated Press”: “Qarabağın qaytarılması və İlham Əliyevin qələbəsi”

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Dünən, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • Dünən, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Dünən, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
  • 5-05-2026, 12:33
    İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentə daxil olub
  • 5-05-2026, 12:31
    Azərbaycan "Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib
  • 5-05-2026, 12:29
    Corcia Meloni: Roma Bakı ilə uzunmüddətli tərəfdaşlığı hədəfləyir
  • 5-05-2026, 12:28
    Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir
  • 5-05-2026, 10:34
    "mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...