Hikmət Hacıyev: “Azərbaycan qadınları “ölüm toxumu”nun kökünü kəsmək üçün əməliyyat aparırlar”
Sosial
30-11-2023, 09:38
169

Prezidentin köməkçisi paylaşımı “X” hesabında edib.
“Azərbaycanın cəsur qadın istehkamçıları fiziki təhlükəsizliyini potensial riskə ataraq insanların həyatını xilas etmək, “ölüm toxumu”nun kökünü kəsmək və bu torpaqları uşaqlar, ailələr və icmalar üçün təhlükəsiz vəziyyətə gətirmək üçün Ermənistanın Azərbaycan ərazilərini çirkləndirdiyi minalardan təmizləmə əməliyyatlarında iştirak edirlər”.