Nazirlik: “Özəl təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul elektron sistem vasitəsilə aparılacaq” » Memur.az

Nazirlik: “Özəl təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul elektron sistem vasitəsilə aparılacaq”

Nazirlik: “Özəl təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul elektron sistem vasitəsilə aparılacaq”2023-24-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, avqustun 9-da saat 11:00-dan 2023-24-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.