Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib - YENİLƏNİB » Memur.az

Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib - YENİLƏNİB

Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib - YENİLƏNİBAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edir.

APA xəbər verir ki, Zakir Həsənov burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olur.

09:14

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.