Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək » Memur.az

Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcək

Macarıstan İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyədən sonra təsdiq edəcəkBudapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.

Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək”, - deyən nazir yaxın gələcəkdə türk həmkarları ilə sıx və daimi təmasda olacağına söz verib.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveçin alyansa daxil olması prosesi isə Türkiyənin tələbləri ilə bağlı dayandırılıb.

Mənbə: eurointegration.com.ua