Ərdoğan yeni konstitusiyanın hazırlanması planlarından danışdı
Sosial
23-05-2023, 10:24
212
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib ki, onun administrasiyasının əsas vəzifələrindən biri respublikanın yeni konstitusiyasının hazırlanması və qəbulu olaraq qalır.
O, bu barədə bazar ertəsi TRT telekanalının efirində bildirib.
“Əsas vəzifələrdən biri yeni konstitusiya olaraq qalır. Biz onunla bağlı baş verənləri partiya müttəfiqliyimiz daxilində dəyərləndirəcəyik, lazımi işləri görəcəyik. Partiyalar arasında dialoq olacaq, konsensus axtarışı olacaq. Əgər onlar bir qərara gəlsələr, təkliflər olsa, onları təhlil edəcəyik”, - deyə dövlət başçısı bəyan edib.
Ərdoğan qeyd edib ki, Türkiyənin çevriliş zamanının mirasından qurtulması zəruridir.
Qeyd edək ki, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni konstitusiya qəbul edilib və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.