
İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi yayıb.
S.Sarkisyan ölkənin digər eks-prezidenti Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı başladılan cinayət işində iştirak edir.
Xatırladaq ki, avqustun 25-də Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağı cinayət işləri başladılıb. O, dünən saxlanılıb və hazırda səhhətinin pisləşməsi səbəbindən xəstəxanadadır. İş üzrə R.Koçaryanın böyük oğlu Sedrak barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
sosial sebeke

















