Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi

sosial sebeke

Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi
Ust-Kamçatski rayonunda magistral yolun bir hissəsinin yuyulması və nəticədə turistlərin Tolbaçik vulkanı yaxınlığında köməksiz vəziyyətdə qalması səbəbindən fövqəladə vəziyyət elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kamçatka diyarı hökuməti məlumat yayıb.

“Yolun 153-cü və 191-ci kilometrləri arasındakı hissədə tətbiq edilən müvəqqəti hərəkət məhdudiyyəti 23 avqust saat 20:00-dək uzadılıb. Yol xidməti əməkdaşları magistralın 176–178-ci kilometrlik hissəsində təmir işlərini davam etdirirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, güclü yağışlar nəticəsində Kamçatkada, Tolbaçik vulkanı yaxınlığında təxminən 100 turist köməksiz vəziyyətdə qalıb. Studenaya çayının məcrasından çıxması qrupların geri qayıtmaq üçün istifadə etməli olduqları yolu yararsız hala salıb.

Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var.