Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar

sosial sebeke

Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
Ukrayna döyüş bölmələrini gücləndirmək üçün ilin sonuna qədər 50 min döyüş robotu istehsal etməyi qarşıya məqsəd qoyub.

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, həmin robotları atıcı silahlardan qumbaraatanlara qədər müxtəlif silah növləri ilə təchiz etmək nəzərdə tutulub.

Onlardan döyüş tapşırıqlarının icrası zamanı, həmçinin yaralıların təxliyə edilməsi üçün istifadə ediləcəyi bildirilir.

Məlumata görə, Ukrayna Rusiyaya qarşı müharibədə döyüş robotlarının köməyi ilə şəxsi heyətin çatışmazlığını kompensasiya etmək niyyətindədir. Bundan başqa, qeyd olunub ki, insanların robotlarla əvəz edilməsi itkiləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

SON XƏBƏRLƏR