Belarusda 2027-ci ildə Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
"Memur.az" BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq son illərdə fəal şəkildə inkişaf edir.
"2024-cü ildə biz Belarusun Mədəniyyət Günlərini öz ölkəmizdə qəbul etdik. Gələn il Azərbaycanın Mədəniyyət Günlərini Belarusda keçirmək barədə planlar var", - S.Şərifov qeyd edib.