• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycan-Pakistan əlaqələri – iki milyard dollarlıq əməkdaşlığa doğru - ANALİZ

Siyasət

25-02-2025, 15:33

Azərbaycan-Pakistan əlaqələri – iki milyard dollarlıq əməkdaşlığa doğru - ANALİZAzərbaycan müstəqilliyini bərpa edəndən sonra onu dəstəkləyən ilk dövlətlərdən biri Pakistan olub. Rəsmi Bakı və İslamabad ötən 33 il ərzində qarşılıqlı münasibətlərdə strateji tərəfdaş kimi münasibətləri saxlayıblar.

Hakimiyyətlər dəyişsə də, iki dövlətin əlaqələri və əməkdaşlığı sabit qalıb, inkişaf edib.

Azərbaycan torpaqları işğal altında olanda Pakistan birmənalı şəkildə rəsmi Bakının haqlı mövqeyini müdafiə edib, ona yardım göstərib.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 16-da Səmərqənddə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşündə bildirmişdi: “Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür”.Onda Şahbaz Şərif demişdi: “Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.

Yeri gəlmişkən, 1949-cu ildə BMT Təhlükəsizlik Şurasının müdaxiləsindən sonra Kəşmirin şimal-qərbi Pakistana, üçdə iki hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli (Delhi) sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) statusunda Hindistanın tərkibinə daxil olub. Ötən illər ərzində Pakistanla Hindistan arasında Kəşmir məsələsi üzrə danışıqlar nəticə verməyib. Pakistanın bu bölgəyə olan iddiaları Hindistana nisbətən daha çox sübutlara əsaslanır.

Bütün hallarda bu məsələ Pakistanın inkişafı, təhlükəsizliyi və regional əməkdaşlığı üçün problem yaradır. İslamabad üçün Kəşmir həm də dost və düşmənlərini müəyyən etmək üçün bir lakmus rolundadır.

Rəsmi Bakının Cəmmu və Kəşmir münaqişəsi ilə bağlı mövqeyi 30 ildən artıqdır dəyişməzdir. Azərbaycan torpaqları işğal altında olanda belə bu məsələ ilə bağlı Pakistanın mövqeyini müdafiə edib.Fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya rəsmi dövlət səfəri edib. Ötən gün Prezident İlham Əliyevin və qonağı Məhəmməd Şahbaz Şərifin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi olub.

Qeyd edək ki, ötən il iyulun 11-də dövlət başçısı İlham Əliyevin bu İslam Respublikasına səfəri zamanı da bir sıra sənədlər imzalanmışdı. Ölkələrin Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında tranzit ticarət sazişi, özəlləşdirmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı və başqa istiqamətlər üzrə sənədlər imzalanmışdı.

İkitərəfli əməkdaşlığın genişlənməsi və inkişafı məsələsi, yuxarıda qeyd etdiyimiz memorandum və sazişlərlə bağlı fevralın 24-də Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxışlarında da vurğulayıblar.Azərbaycan lideri bildirib: “Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur”.

Dövlət başçısının çıxışına əsasən, ikitərəfli əməkdaşlığın inkişafına dair aşağıdakı istiqamətləri müəyyənləşdirmək olar:

- şirkətlər arasında fəal əməkdaşlıq və ticarətin artması;

- iki ölkə arasındakı qardaşlıq münasibətlərinin biznes dairələri üçün yaxşı bir platforma olması;

- siyasi münasibətlərin qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapması;

- iki ölkə iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatırılması strategiyası;

- enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;

- Şərq-Qərb və Şimal-Cənub iki marşrutu üzrə əməkdaşlıq;

- birgə istehsal müəssisələrinin yaradılması;

- işgüzar əlaqələri də siyasi səviyyəyə bərabər inkişaf etdirmək.

İki ölkə arasında ticarət əlaqələrinin zəif olduğunu Baş nazir də etiraf edib: “Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıb və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik”.Məhəmməd Şahbaz Şərif Pakistanın “JF17” hərbi qırıcı təyyarəsi ilə bağlı Azərbaycanla ölkəsinin fəal işlər apardığını da qeyd edib. Baş nazir də iki ölkə arasında iqtisadi, ticarət və başqa istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək, genişləndirmək üçün müəyyən boşluqlar qaldığını vurğulayıb: “Ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq”.

Prezidentlə hökumət başçısının görüşü Azərbaycan-Pakistan əlaqələrinin inkişafı perspektivlərinə yenidən baxış imkanlarını göstərib. İki dövlətin bir-biri üçün yerləşdikləri regionlarla bağlı strateji tərəfdaş olmaları üçün əlavə fürsət yaradıb. Bu, Azərbaycana Kəngər körfəzinə (Ərəb, Fars, Bəsrə körfəzinə də deyirlər) təhlükəsiz çıxışına töhfə verə bilər. Azərbaycan və Pakistanın əməkdaşlığı Cənubi Qafqazla körfəzin birləşməsi üçün imkan yaradacaq. İki ölkə arasında əməkdaşlığın inkişafı gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əlaqələrin genişlənməsinə, strategiyasının yaranmasına təkan verər.

Pakistanın Cənubi Qafqazda fəallığının artması da Azərbaycanın regional maraqlarına dəstək ola bilər. Apreldə keçirilməsi nəzərdə tutulan zirvə toplantısı ölkələr arasında əməkdaşlığın növbəti mərhələyə keçməsinə bütün uyğun istiqamətlərdə yol açacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

24-02-2025, 14:39

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər mübadilə edilib

Siyasət

24-02-2025, 11:48

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olu ...

Siyasət

21-02-2025, 11:06

Azərbaycan və Pakistan ticarət və energetika sahəsində yeni mərhələnin asta ...

Siyasət

10-01-2025, 12:24

Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Siyasət

16-06-2023, 10:33

“Pakistanla dostluq münasibətləri gücümüzə güc qatır” - ŞƏRH

Hadisə
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var
Biləsuvarda qadının boğularaq öldürülmə ehtimalı ilə əlaqdar araşdırma aparılır
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Cəmiyyət
Dünən, 16:19
"Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
5-02-2026, 10:19
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
3-02-2026, 14:29
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 14:20
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
18-12-2025, 10:37
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
17-12-2025, 13:45
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
Son xəbərlər
  • Dünən, 16:19
    "Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
  • Dünən, 16:17
    Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb
  • Dünən, 16:14
    Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
  • Dünən, 16:12
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
  • Dünən, 16:10
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
  • Dünən, 16:07
    Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
  • 7-02-2026, 17:08
    General Zakir Nəsirovun polkovnik oğlu kimdir və harda işləyir?
  • 7-02-2026, 15:04
    Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
  • 7-02-2026, 15:02
    Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
  • 7-02-2026, 15:00
    İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • 7-02-2026, 14:57
    Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • 7-02-2026, 14:55
    AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
  • 7-02-2026, 14:53
    Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
  • 5-02-2026, 14:50
    Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq
  • 5-02-2026, 14:50
    ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 5-02-2026, 14:48
    Nazir müavini: Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin olduğu müşahidə edilir
  • 5-02-2026, 14:48
    Nazir: Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir
  • 5-02-2026, 14:47
    Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub
  • 5-02-2026, 11:03
    Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək
  • 5-02-2026, 11:02
    Yalçın Rəfiyev: Dialoq və diplomatiya vasitəsilə hətta ən mürəkkəb məsələləri həll etmək mümkündür
  • 5-02-2026, 10:23
    Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən video paylaşıb
  • 5-02-2026, 10:21
    Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib
  • 5-02-2026, 10:20
    Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb
  • 5-02-2026, 10:19
    Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
  • 5-02-2026, 10:18
    Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • 5-02-2026, 10:17
    İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib
  • 5-02-2026, 10:17
    Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib
  • 5-02-2026, 10:16
    BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
  • 5-02-2026, 10:15
    Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər
  • 5-02-2026, 10:15
    Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıb
  • 5-02-2026, 10:14
    Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib
  • 3-02-2026, 14:42
    İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
  • 3-02-2026, 14:40
    Səbuhi Qəhrəmanov: Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir
  • 3-02-2026, 14:39
    İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
  • 3-02-2026, 14:36
    Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...