• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Əliyev-Tokayev danışıqlarındakı ORTA XƏTT: Rusiya vəziyyəti mürəkkəbləşdirə bilər - TƏHLİL

Siyasət

11-04-2023, 14:49

Əliyev-Tokayev danışıqlarındakı ORTA XƏTT: Rusiya vəziyyəti mürəkkəbləşdirə bilər - TƏHLİLPrezident İlham Əliyevin Qazaxıstana səfər edərək həmkarı Kasım Jomart-Tokayevlə görüşü geosiyasi ssenarilərin pisləşməsinə qarşı preventiv tədbirlər planını özündə ehtiva edir.

Azərbaycanla Qazaxıstan diqqəti cəlb edən, mühüm transformasiyalar astanasında əməkdaşlığı üst səviyyəyə qaldırmağı hədəfləyirlər. Hətta daha da irəli gedərək strateji müttəfiq olmağı planlamış ola bilərlər.

Bu kontekstdə Azərbaycan və Qazaxıstan qarşılıqlı maraqları təmin edən yeni yollar kəşf etməyə, xarici siyasət vektorlarını yeniləməyə imkan verən potensialları ölçür.

Bakı və Astana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhliz - ölçülərini qeyri-məhdud və aşkar maraqla müəyyən edirlər. Əliyevlə Tokayevin müzakirələrində Orta Dəhlizlə bağlı tezislər mühüm əhəmiyyət kəsb edir.

Çindən Avropaya seçim marşrutlarının həlledici aspektləri Orta Dəhlizin şərtidir, bu mənada Azərbaycanla Qazaxıstanın həmin tabloda mühüm əhəmiyyətə malik olması beynəlxalq güclərin bu ölkələrə diqqətini artırır.Azərbaycanla Qazaxıstan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində iştirakdan da üstünlük əldə etmək istəyirlər. Qısası, hər iki ölkənin həm Şərq-Qərb, həm Şimal-Cənub qlobal tədarük zəncirlərindəki iştirakı onların müxtəlif tərəfdaş ölkələrlə münasibətlərdəki yerini xeyli yaxşılaşdırır.

Qlobal nəqliyyat marşrutlarındakı mövcudiyyət Azərbaycanla Qazaxıstanı dərin inteqrasiyaya sövq edir və tərəflər bunu siyasi təhlükəsizliyi gücləndirmək üçün fərqli ssenarilər qismində istifadə edirlər.

Beləliklə, Bakı ilə Astana Orta Dəhlizi ikitərəfli münasibətlərdə növbəti mərhələ, çoxtərəfli əlaqələrdə isə strateji tərəfdaşlıq kimi inkişaf etdirirlər.

Əliyevlə Tokayevin danışıqlarının nəticəsində ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət etmək üçün Ali Dövlətlərarası Şuranın təsis edilməsi potensialların tərəfdaşlıq qismində irəliyə aparılmasına və onun dayanıqlılığını təmin etməyə xidmət edəcək.

Ancaq planlar tərtib olunan təqvim üzrə getməyə bilər, çünki Çin, Qərb və Rusiya regiona atdıqları qarmaqların sayını çoxaldıblar.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra böyük “balıq”lar Mərkəzi Asiya və Qafqazda alternativlər axtarırlar ki, bir itkini digər cəbhə ilə kompensasiya etsinlər.

Bu, Orta Dəhlizi ticari maraqlar çərçivəsindən kənara çıxararaq onu geosiyasi arenaya keçirir. Görünən odur ki, Şərqlə Qərbin (hər iki mənada) bağlantısını təmin edən Orta Dəhlizin strateji ipləri Çinin əlindədir və bu, Pekinin Mərkəzi Asiyada nüfuz qazanması ilə bərkiyəcək.

Çin Dəhlizin infrastruktur prioritetlərini formalaşdırmaqda iddialı namizəddir, maliyyə yükü isə Dəhliz üzrə geostrateji maraqların Çinin əlinə keçməsinə şərait yaradır.
Ehtimal vermək olar ki, Əliyevlə Tokayev Çinin ekspansiya siyasətinin və bunun Rusiya ilə Qərbdə yaratdığı qıcıqların doğura biləcəyi nəticələri müzakirə ediblər.

Fikirləşmək üçün əsaslar var ki, daha çox Rusiyanın oynaya biləcəyi oyunlar müzakirələr sırasında ön planda tutulub, çünki Orta Dəhliz ümumilikdə Rusiyadan yan keçir.Rusiya əlini gücləndirmək üçün bu Dəhlizin özünə xeyir gətirən formada şaxələnməsi üçün geosiyasi situasiyanı mürəkkəbləşdirən addımlar ata bilər.

Türkiyənin proseslərdəki yeri də maraq doğurur, onu deyək ki, bu ölkə Orta Dəhlizin Avropa ucunda dayanır. Ankara bu marşrutu təkcə Mərkəzi Asiya ilə daha güclü iqtisadi əlaqələr qurmaq üçün deyil, həm də öz strateji mövqeyini yaxşılaşdırmaq üçün bir yol kimi görür.

Əliyevin Astanaya səfəri Zəngəzur dəhlizi layihəsinin Orta Dəhlizdəki yerini dəqiqləşdirmək, strateji miqyasını ölçmək baxımından da önəmə sahibdir. Yəqin ki, Rusiya üçün Zəngəzur koridoru xüsusi dəyərdir – Orta Dəhlizdə pay sahibi olmaq üçün. Bu məsələdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Rusiyanın maraqları ilə kəsişən addımlara getməkdə maraqlı deyil.Ümumiyyətlə, Bakı-Ankara tandemi Zəngəzur dəhlizi uğrundakı beynəlxalq rəqabətin iqtisadi impulslarından narahat deyil, onları düşündürən budur ki, həmin rəqabət təhlükəsizlik mühitinə necə təsir göstərə bilər.

PROQNOZLAR:

Əliyevin Astanaya səfərindən sonra Azərbaycanla Qazaxıstan öz ərazilərindən keçən nəqliyyat marşrutlarının cəlbediciliyini gücləndirmək üçün əllərində olan alətlərdən istifadə edəcəklər.

Danışıqların növbəti raundu Türkmənistanla ola bilər, beləcə, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı qismində strateji maraqlar önə çıxacaq. Bunun nəticələri isə qlobal rəqabətin hansı istiqamətə gedəcəyi ilə aydınlaşmağa başlayacaq.

Paylaş:
Digər xəbərlər

banner

5-04-2023, 16:59

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirir: Yeni şərt ...

Dünya

16-03-2023, 15:44

Əliyev-Ərdoğan müzakirələrinin hərbi-siyasi alqoritmləri - ŞƏRH

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Dünən, 19:04
Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
25-03-2026, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
25-03-2026, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
Son xəbərlər
  • Bu gün, 02:40
    28 mart təhlükəsizlik xidməti əməkdaşlarının peşə bayramıdır
  • Dünən, 19:04
    Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
  • Dünən, 06:07
    Vasif Talıbovla bağlı ciddi dəyişiklik - Həbs edilir?
  • Dünən, 06:05
    Adil Əliyev yeni vəzifəyə təyin olundu
  • Dünən, 06:01
    Leyla Əliyeva: “Bu axı nə üçün gərəkdir mənə?!“
  • Dünən, 05:52
    Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
  • 26-03-2026, 16:21
    ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda hərbi toplanış buna görədir
  • 26-03-2026, 16:09
    Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb
  • 26-03-2026, 16:05
    İlham Əliyev banqladeşli həmkarını milli bayram münasibətilə təbrik edib
  • 26-03-2026, 09:47
    SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
  • 26-03-2026, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • 26-03-2026, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • 25-03-2026, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • 25-03-2026, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • 25-03-2026, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • 25-03-2026, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • 25-03-2026, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • 25-03-2026, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • 25-03-2026, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • 25-03-2026, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • 25-03-2026, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • 25-03-2026, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • 25-03-2026, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • 25-03-2026, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • 25-03-2026, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 25-03-2026, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...