• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Sloveniya səfiri: Cənubi Qafqazda tranzit marşrutların işləməsi Avropa İttifaqı üçün çox vacibdir - MÜSAHİBƏ

Müsahibə

12-03-2025, 10:44

Sloveniya səfiri: Cənubi Qafqazda tranzit marşrutların işləməsi Avropa İttifaqı üçün çox vacibdir - MÜSAHİBƏBu ilin yanvar ayında etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən Sloveniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençel “Report”un Türkiyə bürosuna müsahibə verib.

Ankarada iqamət edən səfir Azərbaycandakı fəaliyyətinin əsas istiqamətləri və iki ölkə arasındakı əməkdaşlıqla bağlı gələcək planları haqqında danışıb:

- Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri hansılar olacaq?

- Mən etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməkdən və Sloveniyanın Azərbaycandakı səfiri kimi rəsmi fəaliyyətə başlamağımdan böyük qürur hissi keçirdim. Bu missiyaya başlayacağım üçün çox həyəcanlıyam və Prezident İlham Əliyevlə söhbətim təsdiq etdi ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlərdə görüləsi çox müsbət işlər var.

Missiyamın prioritetləri, ilk növbədə, intensiv siyasi dialoqu davam etdirməkdir. Artıq hər iki ölkə üçün vacib olan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlarımız olub. Bu mənada, yüksək səviyyəli əlaqələr üçün çox dinamik planımız var.

İkincisi, biz dövlət başçısı ilə söhbətdə razılaşdıq ki, enerji sahəsində əməkdaşlığa əsaslanaraq onu daha yaxşı inkişaf etdirmək olar.

Sloveniya tədarükçüsü artıq Azərbaycandan qaz almaq üçün müqavilə imzalayıb və planımız buna əsaslanaraq iqtisadiyyatın digər sektorlarında əməkdaşlığımızı genişləndirməkdən ibarətdir. Ötən il Sloveniyanın təbii qazın topdansatış şirkəti "Geoplin" və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında qaz təchizatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu günlərdə isə Bakıda SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Biz bu əməkdaşlığı davam etdirmək istəyirik.

- Sloveniya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

- İkitərəfli münasibətlər çox yaxşıdır, siyasi dialoq güclənir, biz gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Ölkələrimiz öz geosiyasi mövqelərinə görə oxşardır. Sloveniya Mərkəzi və Şərqi Avropaya, eləcə də Balkanlara açılan qapıdır. Bundan başqa, Azərbaycanın Xəzər və Qara dəniz arasındakı mövqeyi logistika və əlaqə baxımından çox vacibdir. Söhbət bizim bu mövqelərdən daha yaxşı istifadə edə bilməmiz və iki ölkəni daha da yaxınlaşdırmaqdan gedir.

- Ölkələrimiz arasında enerjinin daha hansı sahələrində əməkdaşlıq genişlənir?

- Bizim qaz ticarəti sahəsində davamlı əməkdaşlığımız var. Bu, yaxşı başlanğıc nöqtəsidir. Lakin biz başqa imkanlardan danışırıq. Məsələn, Azərbaycan "yaşıl enerji"yə çox güclü sərmayə qoyur və Sloveniya da enerji mənbələrini, marşrutlarını şaxələndirir. Sloveniyanın energetika və ətraf mühit naziri Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak etmək üçün apreldə Bakıya gələcək. Hər iki tərəfin məqsədi bu fürsətdən istifadə edərək enerji sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalamaqdır.

- Yaxınlığımızı təsdiq edən amillərdən biri də Sloveniya və Azərbaycan xalqlarının ortaq qəhrəmanı Mehdi Hüseynzadədir...

- Bəli, bu, iki xalqı birləşdirən çox müsbət amildir. Sloveniyada Mehdi Hüseynzadə qəhrəman Mixaylo kimi tanınır. Mən bu hekayəni Azərbaycana və Türkiyəyə gəlməmişdən əvvəl bilirdim, lakin onun Azərbaycan xalqı və həmçinin sloveniyalılar üçün nə qədər əhəmiyyətli bir şəxsiyyət olduğunu öyrənəndə çox təəccübləndim. Yerli əhali onun məzarına çox yaxşı qulluq edir, xatirəsinə həsr olunmuş muzey var. Bu gənc Sloveniyanın qurtuluşu və azadlığı uğrunda döyüşüb, bizim ümumi tariximizdə və münasibətlərimizdə onun xüsusi yeri var.

- İki ölkə arasında mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Bu sahənin inkişafı ilə bağlı hansı planlarınız var?

- İnanıram ki, iki xalq arasında mədəni əməkdaşlığın inkişafına kömək etmək mənim Azərbaycandakı missiyamın çox vacib hissəsidir. Sloveniya iki milyonluq, Azərbaycan isə 10 milyonluq dövlətdir. İkisi də böyük dövlətlərlə əhatə olunub. Bu kontekstdə güclü mədəni kimliyə sahib olmaq bizim üçün həmişə çox önəmli olub.

Bizim öz dilimiz var, sloven dilində danışırıq, öz ədəbiyyatımızı yetişdirmək bizim üçün çox vacibdir. Bu, musiqi və digər sənət növlərinə də aiddir. Əslində, mədəniyyətdə də bizi Azərbaycanla bağlayan hekayələrimiz mövcuddur. Sloveniyada Aleksandr Hacıyev adlı məşhur pianoçu var. Çox gənc olmasına baxmayaraq, xeyli uğur əldə edib. Anası sloven, atası azərbaycanlıdır. O, Sloveniyanın sərhədyanı Nova Qoritsa şəhərində yaşayır. Biz bu hekayəni diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasına daxil etməyi düşünürük.- Sloveniyalılar Azərbaycanı necə tanıyır və ümumiyyətlə, bu gün Azərbaycan Sloveniyadan necə görünür?

- Bu, çox yaxşı sualdır. Düşünürəm ki, Sloveniyada Azərbaycan haqqında ümumi yaxşı məlumat var - insanlar bilirlər ki, Azərbaycan Qafqaz ölkəsidir, Xəzər dənizinin sahilində yerləşir, təbii sərvətlərlə zəngin regiondur. Bu yaxınlarda Bakıda keçirilən "Formula 1" yarışı və "Eurovision" tədbirlərindən xəbər tutdular. Eyni zamanda, mən inanıram ki, sloveniyalılar Azərbaycan haqqında daha çox öyrənə bilər və Azərbaycan xalqı da öz növbəsində Sloveniyanı daha çox kəşf etməlidir. Ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırmaq mənim missiyamın mühüm hissəsidir.

- Sloveniya turizm ölkəsidir və bu sahədə də əlaqələrimiz inkişaf edir. İki ölkənin turizm şirkətləri bir araya gəlir, əməkdaşlıq qurur. Bu sahədə əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Turizm sektorunda böyük potensial var. Azərbaycana çoxlu sloveniyalı, Sloveniyaya isə azərbaycanlı turistlər gəlir. Turizm sektorunda böyük potensial var. Azərbaycanlı turistlər Sloveniyanın Roqaska turizm bölgəsini yaxşı tanıyır və tez-tez gəlirlər. Roqaska müalicəvi termal sularına görə çox məşhur turizm məkanıdır. Bundan əlavə, ölkəmizdə turistlər üçün cəlbedici olan çoxlu maraqlı yerlər var. Özümə gəlincə, Azərbaycanda ancaq Bakıda olmuşam. Bakı həqiqətən çox gözəl arxitekturaya malik şəhərdir. İçərişəhəri, Qız Qalasını ziyarət etdim və çox xoşuma gəldi. Amma Bakıdan kənarda olmamışam. Səyahət etmək, Azərbaycanın digər bölgələrini də görmək istərdim.

- Ölkəniz yaxın gələcəkdə Azərbaycanda səfirlik aça bilərmi?

- Bu məsələ Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıya etdiyi son səfərində qısa və ümumi şəkildə müzakirə olundu. Hər iki tərəf prinsipcə razılaşdılar ki, ikitərəfli münasibətlərin müsbət inkişafı ilə bu variantı tədqiq etmək olar. Hər halda, səfirliyin açılması mürəkkəb bir qərardır. Bu, maliyyə və insan resurslarının yaxşı planlaşdırılmasını tələb edir. Buna da adətən qarşılıqlı şəkildə yanaşılır. Azərbaycanın da Lyublyanada səfirliyi yoxdur. Azərbaycan səfiri Vyanadan Sloveniyanı əhatə edir.- Yaxın gələcəkdə hansı yüksək səviyyəli səfərlər gözlənilir?

- Hazırda çox gərgin gündəmimiz var. Dediyim kimi, aprelin əvvəlində Sloveniyanın energetika naziri Bakıya gəlir. O, Bakıda keçiriləcək ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısında iştirak edəcək. Aprelin ortalarında xarici işlər və Avropa işləri naziri Bakıya səfər edəcək, biz onu müşayiət edəcək işgüzar nümayəndə heyəti üzərində işləyirik. Hər iki ölkənin xarici işlər nazirləri son dövr ərzində dörd dəfə görüşüb, sonuncu dəfə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada bir araya gəliblər. Hər iki tərəf Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fajonun Bakıya səfərinin çox vaxtında olduğu qənaətindədir.

Danışıqların gündəliyinin ikitərəfli münasibətlərdən kənara çıxacağı gözlənilir. Məsələn, Sloveniya Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda maraqlıdır. Sloveniya hazırda BMT Təhlükəsizlik Şurasının, həm də Azərbaycanla yanaşı, ATƏT və Avropa Şurasının üzvüdür. Regionda gedən proseslər bizim üçün çox maraqlıdır. Sloveniya hər şeydən əvvəl Qafqazda sülhün və sabitliyin tərəfdarıdır - bunlar inkişafın ilkin şərtləridir. Cənubi Qafqazda tranzit marşrutları, Orta Dəhlizin işləməsi, sabitlik Sloveniya və Avropa İttifaqı üçün çox vacibdir.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-02-2025, 11:06

Azərbaycan və Pakistan ticarət və energetika sahəsində yeni mərhələnin asta ...

Sosial

19-02-2025, 11:23

“Belgazercom”un rəhbəri: Məqsədimiz Azərbaycanda Belçika şirkətlərinin sıra ...

Siyasət

18-07-2024, 10:41

Azərbaycan və Sloveniya enerji əməkdaşlığını genişləndirməyi müzakirə edib

Siyasət

3-02-2023, 13:22

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YE ...

Sosial

30-01-2023, 15:19

Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan te ...

Hadisə
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 13 əcnəbi saxlanılıb
Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var
Biləsuvarda qadının boğularaq öldürülmə ehtimalı ilə əlaqdar araşdırma aparılır
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Cəmiyyət
Dünən, 16:19
"Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
5-02-2026, 10:19
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
3-02-2026, 14:29
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 14:20
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
18-12-2025, 10:37
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
17-12-2025, 13:45
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
Son xəbərlər
  • Dünən, 16:19
    "Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
  • Dünən, 16:17
    Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb
  • Dünən, 16:14
    Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
  • Dünən, 16:12
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
  • Dünən, 16:10
    Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
  • Dünən, 16:07
    Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim edib
  • 7-02-2026, 17:08
    General Zakir Nəsirovun polkovnik oğlu kimdir və harda işləyir?
  • 7-02-2026, 15:04
    Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb
  • 7-02-2026, 15:02
    Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
  • 7-02-2026, 15:00
    İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • 7-02-2026, 14:57
    Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • 7-02-2026, 14:55
    AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
  • 7-02-2026, 14:53
    Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
  • 5-02-2026, 14:50
    Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq
  • 5-02-2026, 14:50
    ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 5-02-2026, 14:48
    Nazir müavini: Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin olduğu müşahidə edilir
  • 5-02-2026, 14:48
    Nazir: Azərbaycan regionda mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir
  • 5-02-2026, 14:47
    Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub
  • 5-02-2026, 11:03
    Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək
  • 5-02-2026, 11:02
    Yalçın Rəfiyev: Dialoq və diplomatiya vasitəsilə hətta ən mürəkkəb məsələləri həll etmək mümkündür
  • 5-02-2026, 10:23
    Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən video paylaşıb
  • 5-02-2026, 10:21
    Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib
  • 5-02-2026, 10:20
    Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb
  • 5-02-2026, 10:19
    Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
  • 5-02-2026, 10:18
    Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • 5-02-2026, 10:17
    İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib
  • 5-02-2026, 10:17
    Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib
  • 5-02-2026, 10:16
    BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
  • 5-02-2026, 10:15
    Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər
  • 5-02-2026, 10:15
    Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" adlı sərgi açılıb
  • 5-02-2026, 10:14
    Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib
  • 3-02-2026, 14:42
    İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
  • 3-02-2026, 14:40
    Səbuhi Qəhrəmanov: Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir
  • 3-02-2026, 14:39
    İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
  • 3-02-2026, 14:36
    Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...