Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb
musahibe
11-02-2025, 08:58
43

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.
"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüm oldu. Söhbət Ukraynaya daha 2 milyard dollar dəstəkdən gedir, bunlar enerji, mənzil proqramları, infrastruktur layihələrinə ayrılan vəsaitdir. Köməyə görə minnətdaram", - Zelenski deyib.
Bundan əvvəl ölkənin baş naziri Denis Şmıqal bəyan etmişdi ki, AİB Ukraynada 116,5 milyon avro məbləğində sosial layihələri maliyyələşdirəcək.