• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Dövlət Agentliyi: “Bu il 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb” - MÜSAHİBƏ

Müsahibə

4-11-2023, 17:31

Dövlət Agentliyi: “Bu il 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb” - MÜSAHİBƏFövqəladə Hallar Nazirliyi (FHN) vaxtaşırı olaraq tibb müəssisələrində nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə yoxlamalar keçirir.

Bununla bağlı FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tibb müəssisələrində rentgen aparatlarının istismara yararlı olub-olmamasına, təhlükəsizliyin təmin olunmasına dair yoxlamaların aparılması Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən hansı formada həyata keçirilir?

- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən tibb müəssisələrində aparılan yoxlamalar zamanı, ilk növbədə, həmin müəssisələrdə radiasiya təhlükəsizliyinə dair tələblərə riayət olunmasına nəzarət edilir. Bu tələblərin biri də rentgen aparatlarının istismara yararlı olmasıdır. Lakin onların istismara yararlı olduğuna dair müvafiq sənəd bu sahədə akkreditasiyası olan təşkilatlar tərəfindən verilir.

- Yoxlamalar Agentlik tərəfindən birbaşa həyata keçirilə bilər, yoxsa bunun üçün tibb müəssisələri rəhbərləri və ya vətəndaşlar tərəfindən müraciət olunmalıdır?

- Agentlik tərəfindən keçirilən yoxlamalar planlı və plandankənar şəkildə aparılır. Planlı yoxlamaların siyahısı ilin əvvəlində hazırlanır və lazımi hallarda il ərzində bu plana dəyişikliklər edilə bilər. Plandankənar yoxlamalar müəssisə barədə daxil olmuş məlumatlar, vətəndaşlar və ya müəssisə tərəfindən edilmiş müraciətlər əsasında həyata keçirilir.

- Planlı yoxlamalar olursa, bu, nə qədər müddətdən bir həyata keçirilir?

- Planlı yoxlamaların dövriliyi müəssisənin hansı risk qrupuna aid edildiyindən asılıdır. Belə ki, yüksək risk qrupuna aid edilən müəssisələrdə ildə bir dəfə, orta risk qrupuna aid edilən müəssisələrdə iki ildə bir dəfə, kiçik risk qrupuna aid edilən müəssisələrdə üç ildə bir dəfə yoxlamalar keçirilir.

- Xüsusi icazə Agentlik tərəfindən nə qədər müddətə verilir? Bununla bağlı standartlardakı tələblər nədir?

- “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı” (yəni rentgen aparatlarının istismarı) fəaliyyət növünə xüsusi icazənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın, “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantı anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın, “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları”nın və “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 12 aprel 2004-cü il tarixli 42 nömrəli Qərarı ilə tənzimlənir.

Xüsusi icazənin alınması üçün sözügedən Qərarda göstərilən tələblərə uyğun olaraq sənədlər təqdim edildiyi halda 7-15 gün ərzində icazə sənədləri verilir.
Xüsusi icazənin qüvvədə olma müddəti üç ildir. Eyni zamanda, qeyd edirik ki, “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 134 nömrəli Qərarına əsasən müəssisə və təşkilatlar radioloji-gigiyenik pasportunun aparılması üçün hər il Agentliyə müraciət edərək müvafiq sənədlər təqdim etməlidir.

- 2023-cü ildə indiyə qədər neçə tibb müəssisəsindəki rentgen aparatlarında nöqsan aşkar edilib, nəçəsinin fəaliyyəti dayandırılıb və neçəsinin bundan sonra fəaliyyəti bərpa edilib?

- 2023-cü il ərzində radiasiya təhlükəsizliyinə dair tələblərə cavab verməyən 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb. Buna yerləşdirilməsi düzgün aparılmamış, sahələri və qoruyucu təbəqələri qaydaların tələblərinə cavab verməyən rentgen-prosedura otaqları aiddir.

Eyni zamanda, bəzi müəssisələr tərəfindən Agentliyə xüsusi icazənin alınmasına qədər rentgen aparatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair müraciətlər daxil olub. Lazımi sənədlər əldə edildikdən sonra bu kimi müəssisələrin rentgenoloji fəaliyyəti bərpa edilib.

Hazırda rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılmış müəssisələrin üçündə nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyəti bərpa edilib.

25 müəssisədən biri xüsusi icazə sənədlərini alıb.

- Nöqsan aşkar edildikdən sonra yenidən icazənin verilməsi hansı formada həyata keçirilir?

- Müəssisə tərəfindən yoxlama zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq normativ aktlarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq icazənin alınması üçün sənədlər təqdim edilir.

- Qarşıda hansı tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair yoxlamalar həyata keçirilməsi gözlənilir? Agentliyə müraciət olubmu?

- Müəssisələrin risk qruplarına bölgüsünə uyğun olaraq növbəti il üçün yoxlama planı tərtib edilir. Eyni zamanda, yeni yaranan və ya xüsusi icazə sənədləri yeniləyən müəssisələrdən radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi və müvafiq metodiki köməkliyin göstərilməsi barədə müraciətlər daxil olduqda agentliyin mütəxəssisləri lazımi hallarda yerlərdə baxışlar və yoxlamalar keçirirlər.

Paylaş:
Digər xəbərlər
Hadisə
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Cəmiyyət
Dünən, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dünən, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
Son xəbərlər
  • Dünən, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • Dünən, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • Dünən, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • Dünən, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • Dünən, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • Dünən, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • Dünən, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • Dünən, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • Dünən, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Dünən, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • Dünən, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • Dünən, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • 23-03-2026, 09:07
    İran Qətərdə zavodu vurdu
  • 23-03-2026, 09:05
    “İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı
  • 23-03-2026, 09:00
    Sahibə Qafarova, Samir Şərifov... - II İlyanın dəfnindən
  • 23-03-2026, 08:48
    Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib
  • 23-03-2026, 08:43
    Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
  • 23-03-2026, 03:07
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • 23-03-2026, 02:57
    Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü
  • 23-03-2026, 02:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 23-03-2026, 02:53
    Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər?
  • 22-03-2026, 11:53
    Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
  • 22-03-2026, 10:36
    FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
  • 22-03-2026, 10:32
    İran İsrailə qarşı mübarizənin yeni mərhələsinin başladığını bəyan edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...