• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Dövlət agentliyi tabeliyindəki qoruqlardan nə qədər qazanc əldə edib?

Müsahibə

2-02-2023, 12:16

Dövlət agentliyi tabeliyindəki qoruqlardan nə qədər qazanc əldə edib?Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. 

Bununla bağlı Agentlik məlumat yayıb.

Göstəricilərə əsasən, 2022-ci il ərzində DTA-nın tabeliyindəki qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub. 

Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki 8 qoruqdan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki hamam-muzeyə və “Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür. 

Adları qeyd olunan qoruq və muzeylərə 2022-ci ildə ümumilikdə 341 253  bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. (Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna  məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir).

Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib. 

Qeyd edək ki, 2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan sonrakı illərdə qurumun tabeliyinə verilən qoruqlara gələn turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2018-ci ildə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun 25 min ziyarətçisi olubsa, 2019-cu ildə bu rəqəm üç dəfədən çox artaraq 88 minə çatıb. Ötən ilin statistikasına görə, “Yanardağ”ı 110 mindən çox turist ziyarət edib. 

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 2018-ci ildə 77 mindən çox, 2019-cu ildə  147 minə yaxın, 2022-ci ildə isə 100 minə yaxın ziyarətçisi olub. “Yanardağ” və “Atəşgah”a gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə “Yanardağ” və “Atəşgah”a gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər. 

Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun biletlə keçid olan obyektlərində 2018-ci ildə 42 min ziyarətçi olsa da, 2019-cu ildə bu rəqəm iki dəfədən də çox artmaqla 107 mini keçib. Ötən il ərzində isə Şəkinin tarixi mərkəzini 141 mindən çox turist ziyarət edib. 

2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun müddət bağlı olması səbəbindən ziyarətçi sayı azalaraq 57 min nəfər olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min manat təşkil edib. 2021-ci ildə turizmin bərpası ilə DTA tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və  bilet satışından 400 min manata yaxın vəsait daxil olub. 

Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. “Yanardağ” və “Atəşgah” qoruğuna birgə kombinə biletləri 11 manat, “Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. “Yanardağ” və “Basqal” qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir. 

Xatırladaq ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu,  “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki “Diri Baba” türbəsi daxildir.

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Dünən, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • Dünən, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Dünən, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
  • 5-05-2026, 12:33
    İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentə daxil olub
  • 5-05-2026, 12:31
    Azərbaycan "Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib
  • 5-05-2026, 12:29
    Corcia Meloni: Roma Bakı ilə uzunmüddətli tərəfdaşlığı hədəfləyir
  • 5-05-2026, 12:28
    Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir
  • 5-05-2026, 10:34
    "mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...