• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Anar Rzayev: “Yeni sənəd beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payını artıracaq” - MÜSAHİBƏ

Müsahibə

17-11-2022, 10:10

Anar Rzayev: “Yeni sənəd beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payını artıracaq” - MÜSAHİBƏPrezident İlham Əliyev noyabrın 4-də Azərbaycanın “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi (CMR) ilə bağlı Əlavə Protokola qoşulması ilə bağlı qanunu imzalayıb.

“Report”a müsahibə verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev dövlət başçısının təsdiqlədiyi sənədin əhəmiyyətini şərh edib:

- Anar müəllim, ilk öncə ondan başlayaq ki, CMR nədir, harada və necə tətbiq olunur?

- Əvvəlcə qeyd edim ki, Azərbaycan “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2000-ci ildə qoşulub. Konvensiyanın əsas mahiyyəti isə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdir. Hazırda bu Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi, yəni CMR tətbiq olunur.

“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya 2008-ci ildə əlavə edilib və bu Protokol 2011-ci ildə qüvvəyə minib. Əlavə Protokolun da əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdır.

- Belə anlaşılır ki, elektron əmtəə-nəqliyyat qaiməsi kağız CMR-i əvəzləyəcək?

- Xeyr, elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-in alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-in ləğvini nəzərdə tutmur. Sadəcə e-CMR tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlüklərə malikdir. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub. 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dən istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ildə həyata keçirilib.

- Elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı Əlavə Protokola qoşulmaq Azərbaycana nə vəd edir? Ölkəmiz bundan nə əldə edəcək?

- Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Baş nazirin birinci müavininin 16 mart 2020-ci ildə təsdiq etdiyi “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun 2020-ci il üçün Fəaliyyət Planı”nda ölkəmizin “Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol”a qoşulması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.

AYNA-nın fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. O, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılmasına və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir, həmçinin beynəlxalq bazarda daşıyıcı və ixracatçıların payının artırılmasını, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarətin və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir. Məlum olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanın sözügedən Əlavə Protokola qoşulması yerli daşıyıcılar üçün e-CMR-dən istifadə üçün şərait yaratmaqla yanaşı, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına da töhfə verəcək.

Paylaş:
Digər xəbərlər
Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
27-03-2026, 19:04
Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
25-03-2026, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
25-03-2026, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
Son xəbərlər
  • Dünən, 15:55
    İlham Əliyev İrakli Kobaxidze ilə təkbətək görüşdü
  • Dünən, 09:06
    Dövlət Vergi Xidməti: Benefisiar mülkiyyətçi məlumatının təqdim edilməsi məcburi olub
  • Dünən, 09:03
    Türkiyə Prezidentinin sədrliyi ilə NK iclası keçiriləcək, Yaxın Şərqdəki gərginlik müzakirə olunacaq
  • Dünən, 08:59
    Türkiyədə yağışlar daşqınlara səbəb olub
  • 5-04-2026, 18:14
    Abşeronun icra başçısı yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüşüb
  • 5-04-2026, 18:09
    Bu gün Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir
  • 5-04-2026, 18:06
    Baş nazir leysan yağışları ilə bağlı tapşırıq verdi
  • 4-04-2026, 05:39
    Uraloğlu Zəngəzur dəhlizinin önəmindən danışıb
  • 4-04-2026, 05:37
    İran ABŞ-nin atəşkəs təklifini rədd edib
  • 4-04-2026, 05:33
    Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
  • 3-04-2026, 21:25
    Kamran Əliyev Türkiyə Ədliyyə nazirinin müavini Can Tuncayla görüşdü
  • 3-04-2026, 19:47
    Səssiz qəhrəmanlığın simvolu: Əfsanəvi kəşfiyyatçı Mühüd Orucov
  • 3-04-2026, 06:16
    İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələr yanımızdadır
  • 3-04-2026, 06:14
    BMT Şurası Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib
  • 3-04-2026, 06:08
    ABŞ və İsrail Hörmüz boğazını uzun müddət görməyəcək - İran
  • 2-04-2026, 10:07
    Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi - EKSKLÜZİV
  • 2-04-2026, 10:04
    Pezeşkian: İran digər xalqlara qarşı düşmənçilik bəsləmir
  • 2-04-2026, 10:01
    "Aprel döyüşləri böyük Qələbənin başlanğıcı kimi xatırlanır" - MN
  • 2-04-2026, 09:58
    "Bunu Prezidentin konseptual fikirləri üzərində qurmalıyıq" - UNEC rektoru
  • 1-04-2026, 11:59
    İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi: Azərbaycan Avropa üçün əsas strateji tərəfdaşdır
  • 1-04-2026, 11:54
    Azərbaycan BNF-nin Nəqliyyat Statistikası Görüşündə təmsil olunub
  • 1-04-2026, 11:50
    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub
  • 1-04-2026, 11:47
    Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır
  • 1-04-2026, 11:41
    Ataquliyev Azərbaycana gəldi
  • 31-03-2026, 18:47
    Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
  • 31-03-2026, 09:25
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • 31-03-2026, 09:18
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • 31-03-2026, 09:08
    XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
  • 30-03-2026, 10:21
    Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
  • 30-03-2026, 10:19
    Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib
  • 30-03-2026, 10:17
    Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
  • 30-03-2026, 10:14
    İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib
  • 30-03-2026, 10:11
    BŞİH-də müşavirə: Eldar Əzizov bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığını qeyd edib
  • 29-03-2026, 13:10
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
  • 29-03-2026, 13:06
    İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...