• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRH

Mədəniyyət

12-12-2025, 16:23

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRHBu gün Azərbaycanın Müstəqilliyinin qoruyucusu, qurucusu, ilk konstitusiyasının yaranmasının, milli dövlətçilik üçün minlərlə hərbçi yetişdirmiş şəriksiz lider Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.

Onun barəsində düşünəndə göz önünə Azərbaycanın bir əsrlik tarixi yada düşür. Çünki Ulu Öndər əmək fəaliyyətinə başladığı dövrdən keşməkeşlərlə üzləşib.

Ümummilli Lider ilk əmək fəaliyyətinə İkinci dünya müharibəsi illərində Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etməklə başlayıb. Sonra dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib.

O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib, 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında general-mayor rütbəsi alıb.

O, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib, 1982-ci ilə qədər bu vəzifədə çalışıb. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Keçmiş SSRİ dövründə fəaliyyətindən bəzi nümunələrdən bəhs etməklə onun daim dövlət qulluğunda çalışdığını, həmin dövrdə də Azərbaycana verdiyi töhfələri yada salmaq istədik.

O, SSRİ-də Mixail Qorbaçovun hakimiyyəti dövründə, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyasının plenumunda Mərkəzi Komitənin Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verib.

Bu hadisə Heydər Əliyevin keçmiş sovetlərdə fəaliyyətinə edilən maneələrin göstəricisi sayılırdı. Çünki o, vətəni Azərbaycana bağlı olub. Elə SSRİ rəhbərliyində tutduğu vəzifələrdən istefa verdikdən sonra Mixail Qorbaçov və həyat yoldaşı Raisa Qorbaçovanın dəstəyi, yardımı ilə erməni lobbisi və bu etnik qrupun ideoloqları Azərbaycana, azərbaycanlılara qarşı total hücuma keçdilər.Qorbaçovun erməniəsilli müşaviri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə dediyi sözlərlə antiAzərbaycan və antiazərbaycanlı prosesi başlamış oldu. Aqambekyan demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransada çıxan "Humanite" ("L'Humanité") qəzetinə müsahibəsində də dəfələrlə bəyan etmişdi.

1988-ci ilin əvvəlindən isə Ermənistandan Qərbi azərbaycanlıların qovulmasına başlanıldı. Ermənilərlə SSRİ rəhbərliyinin birgə fəaliyyəti çoxsaylı faciələrə səbəb oldu. Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda və başqa rayonlarda törətdiyi cinayətlər bunun davamı idi.

Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi.

Bunları Heydər Əliyevin Azərbaycanın Milli Azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda fəaliyyətinin yeni dövrü saymaq olar.

O, 1990-cı ildə ovaxtkı Azərbaycan SSR Ali Sovetinə (Milli Məclisə) deputat seçilmişdi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, onun sessiyalarında fəal iştirak edib.

Heydər Əliyev 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktının lehinə səs verənlərdən olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında sədr seçilməklə müstəqillik yolunda siyasi fəaliyyətinin daha da gücləndirmişdi.1993-cü ilin may-iyun ayları Ulu Öndərin siyasi həyatının yeni dövr üçün məsuliyyətli mərhələdir. Çevriliş yolu ilə iqtidara gələn AXC-Müsavat cütlüyünün səriştəsizliyi səbəbindən ölkə çətin günlərini yaşayırdı. Onların bir il sürən hakimiyyəti dövründə ölkə hərc-mərcliklə üz-üzə qalmışdı. Qanunsuz silahlı birləşmələr, quldur dəstələri ölkədə at oynadırdı. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın ağır fəsadlarını yaşayır, ölkənin mövcudluğu və ərazi bütövlüyü təhlükə altında idi. Baş verənlərə isə hakimiyyət təcrübəsizlik, səriştəsizlik və qətiyyətsizlik nümayiş etdirirdi. Məhz bu səbəbdən də hakimiyyət 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Bu dövrdə ölkədə bütün qüvvələri birləşdirəcək, habelə xaricdə qəbul ediləcək liderə ehtiyac yaranmışdı. Bu lider də Ulu Öndər Heydər Əliyev oldu. 70 yaşlı Heydər Əliyev gənclik yaşından qazandığı idarəçilik biliyi, bacarığı və siyasi təcrübəsini müstəqil Azərbaycana tətbiq etməyə başladı.

Heydər Əliyev hələ 1993-cü ilin iyunun 15-də Milli Məclisə sədr seçilərkən tarixi çıxışında demişdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir".

Bu, Ulu Öndərin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirəcəyinə dair manifesti idi. O, açıqlaması ilə həmin dövrədəki əleyhdarlarının, rəqiblərinin bədgüman düşüncələrini alt-üst etməklə siyasət ustası olduğunu nümayiş etdirmişdi.Hakimiyyətə gəldikdən sonra Azərbaycanda qarışıqlıq, iğtişaş yaratmağa cəhdlərin qarşısını dəfələrlə uğurla alıb. 1993-cü ilin iyul qiyamı, 1994-cü il oktyabrın 2-də ovaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş növbəti qiyam, 1995-ci il martın 17-də polkovnik Rövşən Cavadov rəhbərliyi ilə "OMON"un (Xüsusi Təyinatlı Polis Dəstəsi) hərbi çevriliş cəhdlərinin qarşısının alınması da Heydər Əliyevin liderliyinin qələbələrindəndir.

Ulu Öndərin rəhbərliyi altında ölkədə fəaliyyət göstərən cinayətkar dəstələr və onların başçıları da zərərsizləşdirilib.

Heydər Əliyev hakimiyyət gəldikdən qısa bir müddət sonra Azərbaycanda sabitlik və təhlükəsizliyi təmin edə bildi. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi də bu istiqrarın nəticəsidir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması onun siyasətinin ana xətti olub. Bu məqsədlə Heydər Əliyev diqqəti ordu quruculuğuna, təhlükəsizlik sisteminin gücləndirilməsinə, yeni hərbi texnika və avadanlıqla təchizata yönəltmişdi.

1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəsin elan edilməsinə nail olundu. Bu, beynəlxalq dəstək, hərbi güc, silah və texnika baxımdan cəbhədə Ermənistanın qarşısını almaq, reallığı beynəlxalq ictimaiyyətə yenidən çatdırmaq üçün bir fürsət idi. Çünki beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini görməzlikdən gəlirdi. Onda Azərbaycan torpaqlardan imtina etmək istiqamətində təzyiqlər göstərilirdi.

Heydər Əliyev bütün beynəlxalq tədbirlərdə, dünyanın aparıcı dövlətlərinin başçıları ilə görüşlərdə davamlı olaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu diqqətə çatdırmış, işğalçının həmin ərazilərdən çıxmasını istəmişdi.Ulu Öndər ABŞ-də görüşdə xəritədə Azərbaycan ərazisini göstərərək, ermənilərin işğal etdiyi rayonları iştirakçıların diqqətinə çatdırmışdı.

2000-ci ilin sentyabrında ABŞ Prezidenti Corc Buşun onun şərəfinə şəxsi qəbul təşkil etməsi, katerdə birgə səyahət etmələri və səmimi danışığı iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi sayıla bilər.

Onda Ulu Öndər iki ölkə arasında bütün sahələrdə əlaqələrin böyük sürətlə inkişaf etdiyini, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsinə dair imzalanmış müqavilələrdə ABŞ şirkətlərinin xüsusi yer tutduğunu xatırladaraq, iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamağa böyük əhəmiyyət verdiyini vurğulamışdı. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox vətəndaşının yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını nəzərə çatdırmışdı.

Ümummilli Liderin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində keçirdiyi çoxsaylı görüşlərin nəticəsi 44 günlük müharibə zaman beynəlxalq siyasi dəstəkdə göründü.

Heydər Əliyevin neft strategiyası Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpasına, müstəqilliyi və iqtisadiyyatının güclənməsinə xidmət edən siyasət idi. Bu da real işlər, layihələr, Qələbə ilə təsdiqləndi.1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Bakı-Tbilisi-Ceyhan əsas neft boru ixrac kəməri, TAP, TANAP kimi layihələr reallaşdı.

Onun yürütdüyü strategiya nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin edildi. Azərbaycan hazırda təhlükəsiz və davamlı enerji daşıyıcıları xəttinin mühüm tərəfdarlarından birinə çevrilib. O, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin liderlərindəndir. Heydər Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə dair verdiyi inamlı vədlər, açıqlamalar günümüzdə Prezident İlham Əliyev tərəfindən əməli fəaliyyətin layihələrinə çevrilib. Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində danışıqlar Heydər Əliyevin siyasi kursunun davamıdır.

Son illər postsovet məkanında baş verən hadisələr sübut etdi ki, müstəqilliyini yeni əldə etmiş respublikalarda liderə ehtiyac var. Çünki belə bir şəxs olmadan yeni, milli dövlətin qurulması, inkişafı çətin olur. Keçmiş sovet respublikalarında baş verən hakimiyyət dəyişiklikləri, davam edən müharibə və həll edilməyən, dondurulan münaqişələr bunu isbatlayır.

Azərbaycanı bu bəlalardan Heydər Əliyev şəxsiyyəti, liderliyi, öndərliyi xilas edib. O, Milli Dövlətin tarixində yaşadığı keşməkeşli hadisələrdən qalib çıxmış lider olaraq qalacaq.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Siyasət

12-12-2022, 09:10

Heydər Əliyevin anım günüdür

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Bu gün, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Bu gün, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Bu gün, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Bu gün, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Bu gün, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • Dünən, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Dünən, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • Dünən, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Dünən, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...