• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Texnologiyanın inkişafında inqilab edən azərbaycanlı alimin anım günüdür

Mədəniyyət

6-09-2023, 09:38

Texnologiyanın inkişafında inqilab edən azərbaycanlı alimin anım günüdürBu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anım günüdür.

1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub.

Böyük alimin ABŞ həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib. Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. O, həmin ali təhsil ocağında ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (“Fuzzy Logic”) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Yaponiyanın “Mitsubishi”, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Alim, həmçinin, “Təəssürat nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitabları yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 2021-ci ilin yanvarın 21-də isə Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Dünya şöhrətli alim sonuncu dəfə 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün Bakıya gəlib. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs olub. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin, yaşadığı Berkli şəhərində öz adına olan “Institute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin, ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib.

O, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerli vaxtla səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişib.

Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və Fəxri xiyabanda dəfn edilib.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

15-02-2023, 11:47

Akademik Arif Paşayevin doğum günüdür

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
27-03-2026, 19:04
Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
25-03-2026, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
25-03-2026, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
Son xəbərlər
  • Dünən, 15:55
    İlham Əliyev İrakli Kobaxidze ilə təkbətək görüşdü
  • Dünən, 09:06
    Dövlət Vergi Xidməti: Benefisiar mülkiyyətçi məlumatının təqdim edilməsi məcburi olub
  • Dünən, 09:03
    Türkiyə Prezidentinin sədrliyi ilə NK iclası keçiriləcək, Yaxın Şərqdəki gərginlik müzakirə olunacaq
  • Dünən, 08:59
    Türkiyədə yağışlar daşqınlara səbəb olub
  • 5-04-2026, 18:14
    Abşeronun icra başçısı yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüşüb
  • 5-04-2026, 18:09
    Bu gün Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir
  • 5-04-2026, 18:06
    Baş nazir leysan yağışları ilə bağlı tapşırıq verdi
  • 4-04-2026, 05:39
    Uraloğlu Zəngəzur dəhlizinin önəmindən danışıb
  • 4-04-2026, 05:37
    İran ABŞ-nin atəşkəs təklifini rədd edib
  • 4-04-2026, 05:33
    Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
  • 3-04-2026, 21:25
    Kamran Əliyev Türkiyə Ədliyyə nazirinin müavini Can Tuncayla görüşdü
  • 3-04-2026, 19:47
    Səssiz qəhrəmanlığın simvolu: Əfsanəvi kəşfiyyatçı Mühüd Orucov
  • 3-04-2026, 06:16
    İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələr yanımızdadır
  • 3-04-2026, 06:14
    BMT Şurası Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib
  • 3-04-2026, 06:08
    ABŞ və İsrail Hörmüz boğazını uzun müddət görməyəcək - İran
  • 2-04-2026, 10:07
    Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi - EKSKLÜZİV
  • 2-04-2026, 10:04
    Pezeşkian: İran digər xalqlara qarşı düşmənçilik bəsləmir
  • 2-04-2026, 10:01
    "Aprel döyüşləri böyük Qələbənin başlanğıcı kimi xatırlanır" - MN
  • 2-04-2026, 09:58
    "Bunu Prezidentin konseptual fikirləri üzərində qurmalıyıq" - UNEC rektoru
  • 1-04-2026, 11:59
    İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi: Azərbaycan Avropa üçün əsas strateji tərəfdaşdır
  • 1-04-2026, 11:54
    Azərbaycan BNF-nin Nəqliyyat Statistikası Görüşündə təmsil olunub
  • 1-04-2026, 11:50
    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub
  • 1-04-2026, 11:47
    Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır
  • 1-04-2026, 11:41
    Ataquliyev Azərbaycana gəldi
  • 31-03-2026, 18:47
    Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
  • 31-03-2026, 09:25
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • 31-03-2026, 09:18
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • 31-03-2026, 09:08
    XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
  • 30-03-2026, 10:21
    Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
  • 30-03-2026, 10:19
    Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib
  • 30-03-2026, 10:17
    Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
  • 30-03-2026, 10:14
    İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib
  • 30-03-2026, 10:11
    BŞİH-də müşavirə: Eldar Əzizov bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığını qeyd edib
  • 29-03-2026, 13:10
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
  • 29-03-2026, 13:06
    İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...