Azərbaycan “TotalEnergies” ilə metan emissiyalarının azadolmasını müzakirə edib
iqtisadiyyat
3-06-2025, 12:06
43
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Bakı Enerji Forumu çərçivəsində “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi - Faza-1 layihəsinin icrası, habelə 250 MVt gücündə külək stansiyası, enerji saxlanc sistemi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
