Daşınmaz əmlak alanlara verilən ƏDV-nin həcmi açıqlanıb
iqtisadiyyat
5-04-2023, 16:54
261

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub, 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait qaytarılıb.
Qeyd edilib ki, müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olub.