Erlinq Holand 54 ildən sonra “Mançester Yunayted”in əfsanəsinin rekordunu təkrarladı » Memur.az

Erlinq Holand 54 ildən sonra “Mançester Yunayted”in əfsanəsinin rekordunu təkrarladı

Erlinq Holand 54 ildən sonra “Mançester Yunayted”in əfsanəsinin rekordunu təkrarladıİngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand “Mançester Yunayted”in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında “Luton Taun”a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.
Qeyd edək ki, qarşılaşma “şəhərlilər”in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holand 2022-ci ildə 60 milyon avroya Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Mançester Siti”yə keçib.