Paytaxtda ahıl kişini avtomobil vuraraq öldürdü » Memur.az

Paytaxtda ahıl kişini avtomobil vuraraq öldürdü

Paytaxtda ahıl kişini avtomobil vuraraq öldürdüBakıda avtomobil ahıl kişini vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Bakı kənar dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi Mazda markalı avtomobillə piyada 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.