Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib

sosial sebeke

Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edibFransanın cənubunda yerləşən Var departamentində baş verən güclü meşə yanğını səbəbindən Nitsa və Marsel şəhərləri arasındakı dəmir yolu əlaqəsi pozulub.

"MemurTv.az "ın "Le Parisien" nəşrinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlərin tələbi ilə Fransanın Milli Dəmir Yolları Şirkəti (SNCF) iyulun 19-u axşam saatlarında "Les Arcs" və "Carnoules" stansiyaları arasındakı hissədə qatarların hərəkətini dayandırıb və elektrik təminatını kəsib.

Hadisə nəticəsində Fransanın cənub-şərq istiqamətində hərəkət edən qatarların marşrutlarında ciddi gecikmələr yaranıb. Həmçinin Paris-Nitsa dəmir yolu xəttində də problemlər qeydə alınıb.

Məlumata görə, Nitsadan yola çıxaraq "Les Arcs" stansiyasından keçməli olan bütün qatar reysləri ləğv edilib. Marseldən hərəkət edən qatarlar isə yalnız Tulon şəhərinə qədər gedib.

Milli Dəmir Yolları Şirkəti hələlik dəmir yolu əlaqəsinin nə vaxt tam bərpa ediləcəyi barədə dəqiq məlumat verməyib.

Qeyd edək ki, Fransanın cənubunda yay aylarında yüksək temperatur və quraqlıq səbəbindən meşə yanğınları tez-tez baş verir. Belə hadisələr təkcə yaşayış məntəqələrinə deyil, həmçinin nəqliyyat infrastrukturuna da ciddi təsir göstərir.

SON XƏBƏRLƏR