Venesuela zəlzələ nəticəsində ölənlərin sayı 2 600 nəfəri ötüb

sosial sebeke

Venesuela zəlzələ nəticəsində ölənlərin sayı 2 600 nəfəri ötübVenesuelada bir neçə gün əvvəl baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 2 645 nəfərə çatıb.

"MemurTv.az"ın xəbərinə görə, bu barədə ölkənin Kommunikasiya və İnformasiya Nazirliyinin (MIPPCI) məlumatında bildirilir.

Məlumata görə, yaralıların sayı 12 666 nəfərə çatıb, 6 462 nəfər sağ xilas edilib.

Qeyd olunur ki, 15 000-dən çox insan evsiz qalıb. Hakimiyyət orqanları bildirib ki, artıq 86 117 ailəyə yardım göstərilib, zərərçəkənləri müvəqqəti yerləşdirmək üçün 59 düşərgə açılıb.

Bundan əlavə, zərərçəkənlərə təxminən 10 000 ton ərzaq, on minlərlə ərzaq paketi və təxminən 500 000 litr içməli su paylanıb. 20 909 nəfərə tibbi yardım göstərilib.

SON XƏBƏRLƏR