İran prezidenti Məsud Pezeşkian ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin həlak olması ilə bağlı başsağlığı verib və günahkarların sərt şəkildə cəzalandırılacağını bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı məsul şəxsləri ağır qisasın gözlədiyini vurğulayıb.
“Şübhəsiz ki, müqəddəs İran torpağının məzlum, lakin cəsur və mətanətli şəhidlərinin qanına bulaşmış cinayətkar terrorçuları sərt qisas gözləyir”, - deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti Əli Laricaninin həlak olması ilə bağlı məlumatı təsdiqləmişdi.