Pezeşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək
dunya
23-07-2025, 10:55
24
"Report"un məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik - bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir", - o xatırladıb.
Prezident vurğulayıb ki, İran gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək.
