Suriyanın cənubunda törədilən qətlləri araşdırmaq üçün komitə yaradılıb
dunya
Dünən, 10:52
5

"Report"un məlumatına görə, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin media ilə əlaqələr idarəsi məlumat verib.
Qurumun rəsmi "Telegram" kanalında dərc edilmiş bəyanata əsasən, Müdafiə Nazirliyi "Əs-Suveyda şəhərində hərbi formada olan naməlum qrup tərəfindən törədilmiş ciddi pozuntular barədə məlumatları izləyib".
"Əs-Suveyda şəhərində qanun pozuntularını törədənlərə qarşı şəxsiyyətləri müəyyən edilərək maksimum cəza tədbirləri tətbiq ediləcək", - bəyanatda vurğulanır.
Bildirilib ki, hərbi pozuntular üzrə komitənin araşdırmasını şəxsən müdafiə naziri Murxaf Abu Kasra izləyəcək.