KİV: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
dunya
Dünən, 09:37
4

"Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi mənbələrinə istinadən bildirib.
Onların məlumatına görə, hazırda Ukraynaya 155 mm kalibrli mərmi və yüksək dəqiqliyə malik GMLRS döyüş sursatları göndərilir.
Daha əvvəl Amerika mediası xəbər verib ki, Kiyevə hərbi yardımın dayandırıldığı vaxt silahlar artıq Polşadakı anbarlarda yerləşdirilib.
"Reuters" isə öz növbəsində iki mənbəyə istinadən bildirir ki, keçən həftə bəzi silah növlərinin tədarükünün dayandırılması, görünür, ABŞ-ın hərbi ehtiyatlarının həddindən artıq tükənə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqədar olub.