"Sepah": İran raket gücünün 25-30%-ini istifadə edib » Memur.az

"Sepah": İran raket gücünün 25-30%-ini istifadə edib

"Sepah": İran raket gücünün 25-30%-ini istifadə edibİran İsrailə hücumlar zaman öz raket gücünün 25-30%-dən istifadə edib.

"Report"un "Azad İran" Teleqram kanalına istinadən məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) koordinasiya üzrə komandan müavini Əli Fəzli bildirib.

Onun sözlərinə görə, Tehran 2006-cı ildən Tel-Əviv və Vaşinqton tərəfindən kütləvi hücuma hazır olublar: "Hazırda İranın mövcud raket gücünün təxminən 25-30%-i istifadə olunub. Biz hələ raket şəhərciklərindən heç birini açmamışıq, digərlərində isə ictimaiyyətə yalnız məhdud hissələr göstərilib, halbuki, ölkənin gizli müdafiə gücünün əhəmiyyətli hissəsi bu şəhərlərdə yerləşir".