İran AEBA ilə əməkdaşlığı dayandırır » Memur.az

İran AEBA ilə əməkdaşlığı dayandırır

İran AEBA ilə əməkdaşlığı dayandırırİran parlamenti Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığının dayandırılması haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə “Report” TASS-a istinadən məlumat verir.

Qanun layihəsinə əsasən, İran hökuməti Tehrana agentliyin peşəkar davranışına dair nəzərəçarpacaq zəmanətlər verilənə qədər AEBA ilə əməkdaşlığı dayandırmalıdır.

Sənədə əsasən, agentliyin əməkdaşları nüvə obyektlərinin yoxlanılması üçün ölkəyə müntəzəm olaraq səfər edə bilməzlər. İndi onlar respublikaya ancaq nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə əlaqədar və İran Təhlükəsizlik Şurasının razılığı ilə səfər edə biləcəklər.