SEPAH: İran səhərə qədər İsraili vuracaq
dunya
17-06-2025, 09:25
27
"Report"un "Tasnim" agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.
"Bir neçə dəqiqə əvvəl "Doğru vəd 3" əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək", - agentlik onun sözlərini sitat gətirib.
