Liviya Tripolidə atəşkəs komitəsi yaradır
dunya
19-05-2025, 09:16
11

"Report"un xəbərinə görə, müvafiq paylaşım missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Liviya Ordusunun Baş Qərargah rəisi, general-mayor Məhəmməd əl-Həddadın rəhbərlik etdiyi komitənin yaradılması tərəflərin qarşıdurmasının daha da gərginləşməsinin qarşısını almaq, beynəlxalq insan haqları və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl olunmasının təmin olunması öhdəliyini əks etdirir", - missiyanın bəyanatında deyilir.
Missiya həmçinin ötən həftə baş vermiş zorakılıqlar zamanı mülki əhalinin itkiləri ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib və dərhal, daimi və qeyd-şərtsiz atəşkəsə çağırıb.