Qəzzada bir gündə daha 45 sakin ölüb
dunya
24-04-2025, 10:26
9

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 45 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Telekanal vurğulayıb ki, anklavda gecə boyu endirilən zərbələr nəticəsində ölənlərin sayının sayının artacağı ehtimalı var.
Martın 18-də İsrail ordusu “HƏMAS”ı əsir və girovları qaytarmaqla bağlı şərtləri yerinə yetirməməkdə ittiham edərək Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, anklav ərazisinə kütləvi zərbələr endirir.