Husilər ABŞ-nin aviadaşıyıcılarına zərbələr endiriblər
dunya
23-04-2025, 09:45
45
“Report” xəbər verir ki, bu barədə açıqlama üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın teleqram kanalında yayılıb.
"Raket Qüvvələri, pilotsuz təyyarələrdən məsul olan bölmələr və dəniz qüvvələri ABŞ-nin təyyarə daşıyıcıları “Harry Truman”, “Carl Vinson”, onları Qırmızı və Ərəb dənizlərində müşayiət edən gəmilərə qarşı iki hərbi əməliyyat keçirərək qanadlı raketlər və dronlar tətbiq etdilər", - açıqlamada bildirilir.
