Husilər Tel-Əviv yaxınlığındakı hərbi obyektin məhv edildiyini iddia ediblər
dunya
8-04-2025, 09:30
29

"Report"un məlumatına görə, bu barədə husilərin nümayəndəsi Yəhya Saria "Al Masirah" televiziya kanalının efirində bildirib.
"Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa bölgəsində (Tel-Əviv - red.) İsrail hərbi obyektinin pilotsuz uçuş aparatı vasitəsilə məhv edilməsi əməliyyatını həyata keçirib", - deyə hərəkatın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Yəmənin hərbi dəniz və hərbi hava qüvvələri Qırmızı dənizdə ABŞ-nin iki esminesini hədəf alan birgə əməliyyat keçiriblər. Hücumlar üçün bir neçə qanadlı raket və pilotsuz uçuş aparatından istifadə edilib.