ÜST rəhbəri: ABŞ tərəfindən maliyyələşdirmənin dondurulması 50 ölkədə İİV müalicəsini dayandırıb » Memur.az

ÜST rəhbəri: ABŞ tərəfindən maliyyələşdirmənin dondurulması 50 ölkədə İİV müalicəsini dayandırıb

ÜST rəhbəri: ABŞ tərəfindən maliyyələşdirmənin dondurulması 50 ölkədə İİV müalicəsini dayandırıbABŞ tərəfindən PEPFAR (ABŞ Prezidentinin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planı) proqramının maliyyələşdirilməsinin dondurulması 50-dən çox ölkədə İnsan immunçatışmazlığı virusunun (İİV) müalicəsinin, testləşdirilməsinin və profilaktikasının dayandırılmasına səbəb olub.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O vurğulayıb ki, proqnozlara görə, artıq 2025-ci ildə dünya ictimaiyyəti 15 milyon malyariya xəstəliyi və 10 milyondan çox İİV xəstəliyi halı ilə üzləşə bilər:

"Bundan əlavə, ABŞ tərəfindən maliyyələşdirmənin dayandırılması qızılca və məxmərək epidemiyalarının aşkarlanması ilə məşğul olan 700-dən çox ÜST laboratoriyasının işini təhlükə altına qoyur. Bu da yerli epidemiyaların riskini artırır".