Türkiyə kəşfiyyatı Suriyada antiterror əməliyyatı keçirib, qadın terrorçuların başçısı öldürülüb
dunya
5-04-2024, 14:40
138

Məlumata görə, o, “Sorhin Çele” kod adı altında İraq və Suriyada müxtəlif terror hücumlarını təşkil və idarə edib.
Vahidə Atalay bundan başqa Suriyada YPG-nin qadın qolunda da əhəmiyyətli rola malik olub.
O, 2006-cı ildən indiyədək Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror hücumlarında iştirak edib. Atalay 2006-2014-cü illərdə PKK terror qruplaşmasının tərkibində İraqda fəaliyyət göstərib. 2014-cü ildə Suriyaya keçərək Kamışlı, Ayn-əl-Arab və Rasulayn bölgələrində silahlı fəaliyyət həyata keçirib.
2022-ci ildə Ayn-əl-Arabda YPJ-nin (qadınlardan ibarət terrorçu qruplaşma) rəhbərlərindən olub.
Mənbə: TRT Haber