Boliviya Qəzza zolağına görə İsraillə diplomatik əlaqələri kəsib » Memur.az

Boliviya Qəzza zolağına görə İsraillə diplomatik əlaqələri kəsib

Boliviya Qəzza zolağına görə İsraillə diplomatik əlaqələri kəsibLa-Pas İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə Qüdslə diplomatik əlaqələri kəsib.

Bu barədə Boliviyanın xarici işlər nazirinin müavini Freddi Mamani məlumat verib.

“Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, - deyə o, mətbuat konfransında deyib.

Boliviyanın Qəzzadakı hərəkətlərinə görə İsraillə diplomatik əlaqələri kəsməsi ilk dəfə deyil. Boliviya bunu 2009-cu ildə “Tökmə qurğuşun” əməliyyatından sonra da edib. Ölkələr arasında münasibətlər yalnız 2020-ci ildə bərpa olunub.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin kəskinləşməsi ilə əlaqədar bir sıra Latın Amerikası ölkələri İsrailin hərəkətlərindən narazılıqlarını bildiriblər. Çili və Kolumbiya öz səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Mənbə: Life.ru