Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatır » Memur.az

Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatır

Magistraturaya qəbul üçün qeydiyyat bu gün başa çatırMagistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16 682 bakalavr (Azərbaycan bölməsi - 15 565; rus bölməsi - 1 117) ərizəsini təsdiq edib.

Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1 000 nəfər), eləcə də digər bakalavrlar mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.