Saleh Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
bolge
24-09-2025, 14:23
22
"Report" agentliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər.
Məlumata əsasən, qəbula yazılmaq istəyən vətəndaşlar bu ünvanlarda öncədən qeydiyyatdan keçə bilərlər: Hacıqabul rayonu üzrə: "20 №-li Yol İstismarı" MMC, Şirvan şəhəri üzrə: "33 №-li Yol İstismarı" MMC.
Qəbula gələn vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli və qaldırdıqları məsələlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmalıdır.
